Bakı. 15 noyabr. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Fələstin qaçqınlarının düşərgəsinə endirilən hava zərbəsi nəticəsində BMT-nin 52 yaşlı əməkdaşı Hüseyn Əli Möhsün həyatını itirib.
"Report" TASSa istinadən xəbər verir ki, bombalama nəticəsində onun 77 yaşlı əmisi ölüb, 12 nəfər yaralanıb.
İnformasiyaya əsasən, o, BMT-nin Fələstin qaçqınların yardım üzrə Yaxın Şərq agentliyində 24 ildir işləyirmiş. Hüseyn Əli Möhsünün 6 uşağı var.
Xəbərdə bildirilib ki, 2011-ci ildə münaqişə başlayandan Suriyada agentlyin 20 əməkdaşı silahlı qarşıdurmanın qurbanı olub.