Dəməşqdə minalanmış avtomobil partladılıb, ölənlər və yaralananlar var

Dəməşqdə minalanmış avtomobil partladılıb, ölənlər və yaralananlar var Bakı. 11 may. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin mərkəzindəki Əl-Meysat meydanında minalanmış avtomobil partladılıb.
Digər ölkələr
11 May , 2018 04:33
Dəməşqdə minalanmış avtomobil partladılıb, ölənlər və yaralananlar var
Foto: "RİA Novosti"

Bakı. 11 may. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin mərkəzindəki Əl-Meysat meydanında minalanmış avtomobil partladılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Suriyada Düşmənçilik edən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri, general-mayor Yuri Yevtuşenko bildirib.

O, qeyd edib ki, partlayıcı qurğu minik avtomobilində işə düşüb. Nəticədə 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

General-mayorun sözlərinə görə, silahlılar həmçinin Əl-Mədja yaşayış məntəqəsini minaatanlardan atəşə tutublar. Atəş nəticəsində 2 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi