Bakı. 5 fevral. REPORT.AZ/ Silahlı müxalifət tərəfdarları bu gün Dəməşqin yaşayış məntəqələrini minaatanlardan güclü atəşə tutub. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 8 nəfər xəsarət alıb.
Polisdən verilən məlumata görə, atışma zamanı əraziyə ən azı 50 mina və raket mərmisi atılıb.
Məlumata görə, paytaxtdakı atışmaya görə məsuliyyəti "Ceyş Əl-İslam" qruplaşması öz üzərinə götürüb.
"Əl-Manar" telekanalı xəbər verib ki, Suriya artilleriyası Kasyun dağından açılan atəş nəticəsində qarşı tərəfi susdurub.