Dəməşqdə törədilən terror aktında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB

Dəməşqdə törədilən terror aktında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB Üç partlayış nəticəsində 110 nəfər yaralanıb
Digər ölkələr
1 Fevral , 2016 09:29
Dəməşqdə törədilən terror aktında ölənlərin sayı 76-ya çatıb - YENİLƏNİB

Bakı. 1 fevral. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqdə törədilən terror aktlarında ölənlərin sayı 76-ya çatıb, daha 110 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinə istinadən CCTV telekanalı məlumat yayıb.

Suriyanın paytaxtının Seyyidə Zeynəb məhəlləsində bazar günü üç partlayış törədilib. Bir partlayış məsafədən işə salınmaqla avtomobilə yerləşdirilmiş bomba ilə törədilib. Eyni vaxtda yaxınlıqdan keçən marşrut avtobusunda terrorçu-kamikadze özünü partladıb. Bir neçə dəqiqə sonra daha bir terrorçu özünü partladıb.

***01:39

Bakı. 1 fevral. REPORT.AZ/ Dəməşqin cənubunda silsilə terror aktları törədilməsi nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 100 nəfər yaralanıb.

Terrorçular avtomobilə yerləşdirilmiş bombanı məsafədən işə salıblar. Eyni vaxtda yaxınlıqdan keçən marşrut avtobusunda terrorçu-kamikadze özünü partladıb. Bir neçə dəqiqə sonra daha bir terrorçu özünü partladıb.

***16:40

Bakı. 31 yanvar. REPORT.AZ/ Dəməşqin şiə rayonunda törədilən iki partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, 40 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Suriyanın Daxili İşlər Nazirliyinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

***15:48

Suriyanın paytaxtı Dəməşqin Seyyidə Zeynəb məhəlləsində törədilən iki terror aktı nəticəsində ən azı 10 nəfər həlak olub, onlarla insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə paytaxt polisindəki mənbə RİA "Novosti"yə məlumat verib.

"Bombalar Seyyidə Zeynəbdə Kuu-əs-Sudan adlı ərazidə baş verib. İlkin məlumatlara görə, 10-11 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb", - deyə agentliyin həmsöhbəti bildirib.

Son xəbərlər

Orphus sistemi