Suriyanın paytaxtı Dəməşqdə hərbçiləri daşıyan avtobus partladılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli SANA agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Partlayışın təfərrüatı hələlik məlum deyil.