Dəməşq sakinləri Bəşşar Əsədə dəstək məqsədilə küçələrə çıxıblar - VİDEO

Dəməşq sakinləri Bəşşar Əsədə dəstək məqsədilə küçələrə çıxıblar - VİDEO Bakı. 14 aprel. REPORT.AZ/ Dəməşq sakinləri ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya aviazərbələr endirməsindən sonra küçələrə çıxıblar.
Digər ölkələr
14 Aprel , 2018 12:42
Dəməşq sakinləri Bəşşar Əsədə dəstək məqsədilə küçələrə çıxıblar - VİDEO

Bakı. 14 aprel. REPORT.AZ/ Dəməşq sakinləri ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya aviazərbələr endirməsindən sonra küçələrə çıxıblar.

"Report" RT-yə istinadən xəbər verir ki, suriyalılar ölkə bayraqları ilə əvvəlcədən planlaşdırılmayan mitinq təşkil ediblər.

Onlar əllərində bayraqlarla Suriya ordusuna, hökumətə və Bəşşar Əsədə dəstək şüarları səsləndirirlər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

Son xəbərlər

Orphus sistemi