Dəməşqin hava limanı İsrailin raket zərbələrinə məruz qalıb - YENİLƏNİB

Dəməşqin hava limanı İsrailin raket zərbələrinə məruz qalıb - YENİLƏNİB Hava limanı yaxınlığında İsrail raketlərinin düşdüyü bildirilir
Digər ölkələr
13 Yanvar , 2017 03:54
Dəməşqin hava limanı İsrailin raket zərbələrinə məruz qalıb - YENİLƏNİB

Bakı. 13 yanvar. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı hərbi hava limanı İsrailin hava raket zərbələrinə məruz qalıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" Suriya hərbçilərinə istinadən məlumat yayıb.

Məlumata görə, El-Mezza rayonundakı hava limanı yaxınlığında bir neçə partlayış törədilib.

Suriyanın "Sama TV" telekanalı hava limanı yaxınlığında İsrail raketlərinin düşdüyünü bildirib. "France Press"in əməkdaşı isə aeroportda yanğının baş verdiyini xəbər verib.



***03:47

Suriyanın paytaxtı Dəməşq şəhərinin hərbi aeroportunda bir neçə partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" Suriya mətbuatına istinadən xəbər verib.

Məlumata görə, El-Mezza rayonuna çoxlu sayda təcili yardım maşınları gətirilib.

Qeyd edək ki, bir neçə saat əvvəl paytaxtda baş vermiş digər partlayış zamanı 6 nəfər həlak olub. Hadisə zamanı həmçinin bir neçə nəfər ağır yaralanıb. 

Son xəbərlər

Orphus sistemi