Bakı. 14 yanvar. REPORT.AZ/ Suriyalı general Əhməd əl-Qadban Dəməşq ətrafında yerləşən Vadi-Barada vadisində terrorçular tərəfindən öldürülüb.
“Report” xəbər verir ki, bu barədə "Əl-Məyadin" telekanalı məlumat yayıb.
General Dəməşq ətrafında böyük içməli su anbarının olduğu Ayn-əl-Fici su mənbəsini tərk edən zaman terrorçular tərəfindən güllələnib.