Bakı. 18 yanvar. REPORT.AZ/ Suriyanın Dəməşq şəhəri ətrafında yerləşən Harast bölgəsində güclü partlayış olub.
"Report" TASS-a istinadən xəbər verir ki, terrorçular Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat binalarından birinin yaxınlığında yeraltı kommunikasiya xəttinə partlayıcı qurğu yerləşdirib.
İlkin məlumata görə, səkkiz hərbçi həlak olub. Onlar arasında adı açıqlanmayan briqada generalı da var.
Yerli KİV-in məlumatına görə, bu partlayışın arxasında atəşkəsə əməl etməyən "Fəcr ümməti" qruplaşmasının yaraqlıları dayanıb.