Dəməşq atəşə tutulub, ölənlər və yaralananlar var

Dəməşq atəşə tutulub, ölənlər və yaralananlar var Bakı. 26 mart. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq silahlılar tərəfindən atəşə tutulub.
Digər ölkələr
26 Mart , 2018 23:57
Dəməşq atəşə tutulub, ölənlər və yaralananlar var

Bakı. 26 mart. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşq silahlılar tərəfindən atəşə tutulub.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Suriyada Düşmənçilik edən tərəflərin barışdırılması Mərkəzinin rəhbəri, general-mayor Yuri Evtuşenko bildirib.

Onun sözlərinə görə, "Ceyş əl-İslam" qruplaşmasının silahlıları Duma yaşayış məntəqəsindən paytaxtın Düveylə, Əl-Baranki yaşayış kvartallarına və Muhayəm Əl-Vəfadin yaşayış məntəqəsində 4 mina atıblar. Atəş nəticəsində 6 dinc sakin həlak olub, daha 6 nəfər də xəsarət alıb.

Daha əvvəl terrorçuların açdığı atəş nəticəsində 1 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi