Venesuela hakimiyyəti ABŞ-ı müdaxilədə ittiham edib

Venesuela hakimiyyəti ABŞ-ı müdaxilədə ittiham edib Bakı. 23 yanvar. REPORT.AZ/ Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ hakimiyyətini və amerikalı həmkarı Mayk Pensi bu ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.
Digər ölkələr
23 Yanvar , 2019 05:12
Venesuela hakimiyyəti ABŞ-ı müdaxilədə ittiham edib

Bakı. 23 yanvar. REPORT.AZ/ Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ hakimiyyətini və amerikalı həmkarı Mayk Pensi bu ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

Delsi Rodriqes iddia edib ki, Mayk Pens venesuelalılara qanunun aliliyinə məhəl qoymamaq və Venesuelanın qanuni hakimiyyətinə qarşı qalxmaqla bağlı göstərişlərini bölüşür.

Rodriqesin sözlərinə görə, Venesuela Pensin Birləşmiş Ştatların bu ölkə hakimiyyətini məhv etməyə və sağ ektremist qüvvələri dövlət çevrilişinə təhrikini əks etdirən açıq niyyətini üzə çıxaran müdaxiləçi bəyanatına qarşı etiraz edir. 

Daha əvvəl bildirilib ki, ABŞ prezidenti Donald Tramp Venesuela parlamentinin spikeri, müxalifətyönlü siyasətçi Xuan Quaydonun Vaşinqtonun legitimliyini tanımadığı dövlət başçısı Nikola Maduronun əvəzinə bu ölkənin prezidenti kimi tanınması mümkünlüyünü rəsmi olaraq nəzərdən keçirir. 

Son xəbərlər

Orphus sistemi