De Mistura: "Suriyaya dair danışıqların beşinci mərhələsi martın 23-də keçiriləcək"

De Mistura: "Suriyaya dair danışıqların beşinci mərhələsi martın 23-də keçiriləcək" O, martın 23-də işə başlamaq üçün nümayəndələrin bir gün əvvəl gəlişini gözləyir
Digər ölkələr
9 Mart , 2017 02:29
De Mistura: Suriyaya dair danışıqların beşinci mərhələsi martın 23-də keçiriləcək
Courtesy İmage

Bakı. 9 mart. REPORT.AZ/ BMT baş katibinin xüsusi nümayəndəsi Staffan de Misturi Suriyaya dair danışıqların beşinci mərhələsini martın 23-də təşkil etmək niyyətindədir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin xüsusi nümayəndəsinin Staffan de Mistura özü jurnalistlərə bildirib.

"Hazırda mənim məqsədim təxminən martın 23-də Cenevrə danışıqlarının iştirakçılarını beşinci raundda yenidən toplamaqdır" – deyə o, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin yekunlarına dair brifinqdə bildirib.

De Mistura əlavə edib o, martın 23-də işə başlamaq üçün nümayəndələrin bir gün əvvəl gəlişini gözləyir. 

Son xəbərlər

Orphus sistemi