Tomas de Mezyer: "Terrorçular Almaniyaya qarşı hücum hazırlamır"

Tomas de Mezyer: "Terrorçular Almaniyaya qarşı hücum hazırlamır" Almaniyanın daxili işlər naziri avropalı həmkarlarını ABŞ-la əməkdaşlığa dəvət edib
Digər ölkələr
27 Mart , 2016 01:47
Tomas de Mezyer: Terrorçular Almaniyaya qarşı hücum hazırlamır

Bakı. 27 mart. REPORT.AZ/ "Hazırda terrorçuların Almaniyanı hədəf aldığına dair hər hansı məlumat mövcud deyil". "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın daxili işlər naziri Tomas de Mezyer bildirib.

Nazirin sözlərinə görə, təhlükəsizlik orqanları potensial təhlükə ilə bağlı xəbərdarlıq etməyiblər.

Bununla belə, Mezyer avropalı həmkarlarını digər dövlətlərlə, o cümlədən ABŞ-la, əməkdaşlığa dəvət edib. "Məlumat mübadiləsi olmasa cinayətkar strukturların planları ifşa edilə bilməz. Hesab edirəm ki, şəxsi məlumatların təhlükəsizliyi ictimai təhlükəsizliyin təminatından daha vacib deyil", - deyə Mezyer vurğulayıb.

Son xəbərlər

Orphus sistemi