Bakı. 24 noyabr. REPORT.AZ/ Noyabrın 29-da keçirilməsi planlaşdırılan miqrasiya məsələləri üzrə Türkiyə-Avropa İttifaqı zirvəsində rəsmi Ankaranı Baş nazir Əhməd Davutoğlu təmsil edəcək. "Report"un RİA "Novosti" agentliyinı istinadən verdiyi xəbərə görə, tədbir Brüsseldə baş tutacaq.
Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, zirvənin məqsədi Türkiyə-Aİ əlaqələrinə təkan verməklə yanaşı Avropaya yönələn mühacir axımının qarşısını almaqdan ibarətdir.
Xatırladaq ki, Aİ liderləri Türkiyəyə mühacirləri öz ərazisində saxlamaq müqabilində 3 milyard dollar yardım təklif edib. Həmçinin, Ankaraya Avropa İttifaqına üzvlük danışıqlarının sürətlənməsi sözü verilib.