Davudoğlu: "Türkiyə öz sərhədyanı ərazilərini terrorçulardan tamamilə təmizləmək niyyətindədir"

Davudoğlu: "Türkiyə öz sərhədyanı ərazilərini terrorçulardan tamamilə təmizləmək niyyətindədir" "Biz sərhədlərimizdə nə İŞİD-i, nə də "PKK"nı görmək istəyirik"
Digər ölkələr
23 Yanvar , 2016 17:30
Davudoğlu: Türkiyə öz sərhədyanı ərazilərini terrorçulardan tamamilə təmizləmək niyyətindədir

Bakı. 23 yanvar. REPORT.AZ/ "Türkiyə və ABŞ Suriya və İraqda terrorçularla mübarizədə birgə fəaliyyət baxımından qətiyyətlərini təsdiq edib".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə təşkil etdiyi mətbuat konfransında deyib.

"Suriyada ünsiyyət qurulası heç kim yoxdur. Orada bizim təhlükəsizliyimiz üçün bir neçə təhdid var. Bunlar İŞİD terror qruplaşması, suriyalı kürdlərin Milli Özünümüdafiə Qüvvələridir (MÖQ). MÖQ, ümumiyyətlə, nəzarəti altında olan regionlarda etnik təmizləmə əməliyyatı həyata keçirmək istəyir", - deyə Ə.Davudoğlu bildirib.

O qeyd edib ki, Türkiyənin məqsədi sərhədlərini İŞİD və digər terror qruplaşmalarından tamamilə təmizləməkdir: "Biz sərhədlərimizdə nə İŞİD-i, nə də bir hissəsi MÖQ-ün üzvü olan Kürd Fəhlə Partiyasını (terrorçu "PKK") görmək istəyirik. Bizim üçün İŞİD, "PKK", "ən-Nusra" eyni şeydir. İraqda olmağımızın səbəbi də yalnız İŞİD-lə mübarizə aparmaqdır".

Türkiyə daxilində "PKK"ya qarşı mübarizə ilə bağlı sualı cavablandıran baş nazir bəyan edib ki, terrorçular silahı yerə qoyub respublikanı tərk etməyənə qədər bu mübarizə davam edəcək.

Son xəbərlər

Orphus sistemi