Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Әhmǝd Davudoğlu Hǝmas siyasi bürosunun rǝhbǝri Xalid Mǝşǝl ilǝ Konya şǝhǝrindǝ bir araya gǝlib.
"Report"-un "TRT"-yə istinadən verdiyi məlumata görə, görüş zamanı Fǝlǝstin Milli Birlik Hökumǝti, Qüdsdǝ yaşananlar vǝ atıla bilǝcǝk addımlar ilǝ Qǝzzaya humanitar yardım kimi mövzular müzakirǝ edilib. Tərəflər, Fǝlǝstin Dövlǝti başçısı Mahmud Abbasın yaxın günlǝrdǝ Türkiyǝyə ziyarǝti məsələsinə toxunublar.