​Davos Forumunun təşkilatçıları Şimali Koreyaya göndərdikləri dəvətnaməni geri götürüblər

​Davos Forumunun təşkilatçıları Şimali Koreyaya göndərdikləri dəvətnaməni geri götürüblər Şimali Koreya rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq ediləcək
Digər ölkələr
13 Yanvar , 2016 15:03
​Davos Forumunun təşkilatçıları Şimali Koreyaya göndərdikləri dəvətnaməni geri götürüblər

Bakı. 13 yanvar. REPORT.AZ/ Davos Beynəlxalq İqtisadi Forumu Şimali Koreyanın nümayəndə heyətinə göndərdiyi dəvəti ləğv edib. 

"Report" xəbər verir ki, bu haqda "Associated Press" məlumat yayıb.

Məlumata görə, bu dəvətnamə hələ 2015-ci ilin payızında göndərilib. Ancaq rəsmi Pxenyanın sonuncu nüvə sınağı ilə əlaqədar forumun təşkilatçıları Şimali Koreya heyətinə göndərdikləri dəvəti geri götürüb.

"Son zamanlar Şimali Koreyada baş verən hadisələrə görə biz ötən ilin payızında göndərilən dəvəti qüvvədə saxlaya bilməzdik", - deyə təşkilatçılar vurğulayıb.

Xəbərə görə, Şimali Koreya rəhbərliyinə qarşı yeni sanksiyalar tətbiq ediləcək.

"Reuters"in məlumatına əsasən, təşkilatçılar dəvəti geri götürsələr də, Şimali Koreyanın xarici işlər naziri Li Su Yönun foruma qatılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi