Darfurda toqquşma zamanı Sudanın 10 hərbçisi həlak olub

Darfurda toqquşma zamanı Sudanın 10 hərbçisi həlak olub Bakı. 28 noyabr. REPORT.AZ/ Darfurda yaraqlılarla toqquşma zamanı Sudanın 10 hərbçisi həlak olub.
Digər ölkələr
28 Noyabr , 2017 05:23
Darfurda toqquşma zamanı Sudanın 10 hərbçisi həlak olub

Bakı. 28 noyabr. REPORT.AZ/ Darfurda yaraqlılarla toqquşma zamanı Sudanın 10 hərbçisi həlak olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin rəsmi "SUNA" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, həlak olanlardan biri generaldır. Toqquşmaların yeni mərhələsi Darfurun cənub hissəsində yaraqlıların silah toplaması ilə əlaqədar hökumət qüvvələrinin gücləndirilməsi ərəfəsində başlayıb.

Ölkənin müdafiə naziri Əli Məhəmməd Salem yaraqlıların lideri Musa Hilalın həbs edildiyini və Darfurda vəziyyətin sabitləşdiyini bildirib. 

Regionda münaqişə 2003-cü ildə, qeyri-ərəb tayfalarının Sudan hökumətinə qarşı çıxış etməsindən sonra başlayıb və hökumətin ötən il atəşkəsin birtərəfli qaydada elan etməsinə baxmayaraq vaxtaşırı baş qaldırır.

Son xəbərlər

Orphus sistemi