Danimarkaya sığınmaq istəyən miqrantlar Avropadan qovulacaqlar

Danimarkaya sığınmaq istəyən miqrantlar Avropadan qovulacaqlar Danimarka səlahiyyətliləri bu ölkədən sığınacaq istəyən qaçqınların Avropa xaricinə çıxarılmasına icazə verən qanunu təsdiq edib.
Digər ölkələr
4 İyun , 2021 08:21
Danimarkaya sığınmaq istəyən miqrantlar Avropadan qovulacaqlar

Danimarka səlahiyyətliləri bu ölkədən sığınacaq istəyən qaçqınların Avropa xaricinə çıxarılmasına icazə verən qanunu təsdiq edib.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

“Danimarkadan sığınacaq üçün müraciət etsəniz, Avropanın xaricində yerləşən bir ölkəyə göndəriləcəyinizi bilin. Ümid edirik ki, bunun sayəsində insanlar Danimarkadan sığınacaq istəməyəcək” -deyə, ölkənin hakim Sosial Demokrat Partiyasının miqrasiya üzrə nümayəndəsi Rasmus Stoklund bildirib.

Sığınacaq üçün müraciət edənlər hökumətin cavabını ölkə daxilində deyil, Afrikada da daxil olmaqla digər ölkələrdə yaradılacaq xüsusi düşərgələrdə gözləyəcəklər. Düşərgələrin hansı ölkələrdə olacağı barədə məlumat yoxdur.

Bu qərara ölkə daxilindəki və BMT-dəki qeyri-kommersiya təşkilatları tərəfindən etirazla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi