Danimarkada təqaüdçü-pedofil 300-dən çox uşağa təcavüz edib

Danimarkada təqaüdçü-pedofil 300-dən çox uşağa təcavüz edib Kopenhagen sakini uşaqların zorlanmasını Filippində "sifariş" edib
Digər ölkələr
2 Mart , 2017 05:57
Danimarkada təqaüdçü-pedofil 300-dən çox uşağa təcavüz edib

Bakı. 2 mart. REPORT.AZ/ Danimarkada uşaqlara qarşı 346 zorlama halında şübhəli bilinən 70 yaşlı təqaüdçüyə qarşı ittiham irəli sürülüb.

"Report" xəbər verir ki, Kopenhagendən olan kişi "sifarişlər"i internet vasitəsi ilə həyata keçirib.

O, Filippin sakinlərinə azyaşlı uşaqları onun müşahidəsi altında zorlamağı təklif edib. Qeyd olunur ki, bir sıra hallarda uşaqlara qarşı zorakılıq edənlər onların öz valideynləri olublar. Ən balaca qurbanın üç yaşı var.

Məhkəmə prosesi fevralın 28-də başlayıb. Müttəhim hazırda həbsdədir.

Son xəbərlər

Orphus sistemi