Danimarkada sərgidən qaçan öküz 6 nəfəri yaralayıb

Danimarkada sərgidən qaçan öküz 6 nəfəri yaralayıb Onlardan 4-ü uşaqdır
Digər ölkələr
10 İyun , 2017 07:35
Danimarkada sərgidən qaçan öküz 6 nəfəri yaralayıb

Bakı. 10 iyun. REPORT.AZ/ Danimarkanın Odense şəhərində hər il keçirilən buynuzlu öküz sərgisindən qaçan heyvanlardan biri 6 nəfəri yaralayıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, cütdırnaqlının qaçması nəticəsində 4 uşaq və iki böyük xəsarət alıb.

Polisin məlumatına görə, yaralananlar arasında 7-11 yaş aralığında olan 4 qız uşağı var. Onlardan ikisi təcili vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Öküzün ayaqları altında qalan 50 yaşlı qadın və 58 yaşlı kişi isə çoxsaylı zədə və sıyrıntılarla xilas ola biliblər.

Sonda öküzü tutmaq mümkün olub.

Son xəbərlər

Orphus sistemi