Danimarkada qaçqın qəbulu mərkəzinin sakinləri təxliyyə olunub

Danimarkada qaçqın qəbulu mərkəzinin sakinləri təxliyyə olunub Hadisə ərazisində uçuşa qadağan zona rejimi elan edilib
Digər ölkələr
10 Avqust , 2016 16:46
Danimarkada qaçqın qəbulu mərkəzinin sakinləri təxliyyə olunub

Bakı. 10 avqust. REPORT.AZ/ Danimarkanın Fyun adasında yerləşən qaçqın qəbulu mərkəzinin sakinləri naməlum şəxsin özünü partlatmaqla hədə-qorxu gəlməsi səbəbi ilə evakuasiya ediliblər.

"Report" RBK-ya istinadən xəbər verir ki, hökumət nümayəndələri hələlik naməlum şəxsin sığınacaq almağa namizəd, yoxsa bu mərkəzin sakini olduğunu dəqiqləşdirə bilmir. Düşərgə 500 qaçqının qəbulu üçün nəzərdə tutulub, amma hadisə zamanı orada neçə nəfərin olduğu məlum deyil.

Polis hadisə ərazisində uçuşa qadağan zona rejimi elan edildiyini, mərkəzin sakinlərinin isə təhlükəsiz yerə köçürüldüyünü açıqlayıb.

Qeyd edək ki, Fyun Danimarkanın ərazisinin böyüklüyünə görə üçüncü adasıdır, onun sahəsi təqribən 3 min kvadratmetr təşkil edir.

Son xəbərlər

Orphus sistemi