Danimarkada polis terroçunu məhv edib

Danimarkada polis terroçunu məhv edib Kopenhagen şəhərinin dəmiryolu vağzalı yaxınlığında aşkarlanan bu şəxs təslim olmaqdan imtina edib
Digər ölkələr
15 Fevral , 2015 09:21
Danimarkada polis terroçunu məhv edib

Bakı. 15 fevral. REPORT.AZ/ Danimarka paytaxtında bir nəfəri qətlə yetirən, iki polis əməkdaşını isə yaralayan silahlı şəxs polislə atışma nəticəsində öldürülüb.

"Report" "Gazeta.Ru" saytına istinadən xəbər verir ki, Kopenhagen şəhərinin dəmiryolu vağzalı yaxınlığında polis tərəfindən yaralı vəziyyətdə aşkarlanan bu şəxs təslim olmaqdan imtina edib.

Qeyd edək ki, ötən gün naməlum silahlı şəxs öncə Kopenhagendəki kafelərdən birində müştərilərə atəş açıb, daha sonra isə yaxınlıqdaki sinaqoq binasına yönəlib. Polis hadisənin terror aktı olduğunu açıqlayıb.

Kopenhagenin meri Frank Yensen isə atışmanın motivləri ilə bağlı nəticə çıxarmağın tez olduğunu deyib. 

Son xəbərlər

Orphus sistemi