Danimarka hökuməti kiçik biznes subyektlərinin fəaliyyətinə qoyulan məhddiyyəti aradan qaldırmağa hazırlaşır.
“Report” NTV-yə istinadən xəbər verir ki, bununla əlaqədar bərbərxanalar, gözəllik salonları və sürücülük kursları kimi obyektlərin fəaliyyəti aprelin 20-dən bərpa olunacaq.
Qeyd edək ki, rəsmi Kopenhagen bu yaxınlarda məktəblərin açılmasına icazə verən və karantin rejimini yüngülləşdirən ilk Avropa ölkələrindəndir.
Xatırladaq ki, Danimarkada 312 ölüm, 7 000-ə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Rəsmi Kopenhagen Avropada karantin tədbirlərini həyata keçirən ilk ölkə olub.