Danimarkada iki məktəbdə terror törətmək istəyən 15 yaşlı qız mühakimə olunub

Danimarkada iki məktəbdə terror törətmək istəyən 15 yaşlı qız mühakimə olunub Bir müddət sonra yeniyetmə partlayıcı düzəltmək üçün kimyəvi maddələr əldə edib
Digər ölkələr
17 May , 2017 19:14
Danimarkada iki məktəbdə terror törətmək istəyən 15 yaşlı qız mühakimə olunub

Bakı. 17 may. REPORT.AZ/ Danimarka məhkəməsi 17 yaşlı ölkə vətəndaşını iki məktəbdə terror aktı törətməkdə ittiham edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, onun partlayış törətmək istədiyi məktəblərdən biri yəhudilərə aiddir.

Adı açıqlanmayan qadın 15 yaşında islamı qəbul edib və internetdə islam adı altına fəaliyyət göstərənlərlə əlaqə saxlayıb. Bir müddət sonra yeniyetmə partlayıcı düzəltmək üçün kimyəvi maddələr əldə edib. Məhkəmənin hökmündə bildirlib ki, o, iki bomba hazırlamağı planlaşdırıb. Bombalardan birinin yəhudilərin məktəbində, digəri isə əvvəllər təhsil aldığı məktəbdə partlatmaq niyyətində olub. Ancaq, o, bu ideyalarını reallaşdıra biməyib və polis tərəfindən tutulub.

O, məhkəməyədək azyaşlı cinayətkarların həbsxanasında saxlanılıb.

Məlumata görə, onun cəzası məhkəmə tərəfindən bir müddət sonra elan ediləcək. Dövlət ittihamçısı gənc qızın məcburi qaydada psixiatriya klinkasında müalicə olunmasını istəyib. 

Son xəbərlər

Orphus sistemi