Danimarkada İncil və Quranı yandıranların cəzalandırılmasını nəzərdə tutan qanun ləğv olunub

Danimarkada İncil və Quranı yandıranların cəzalandırılmasını nəzərdə tutan qanun ləğv olunub Danimarka Skandinaviya ölkələri arasında dini müqəddəslər və ehkamların tənqid edilməsini yasaqlayan qanunun qaldığı yeganə dövlət idi
Digər ölkələr
5 İyun , 2017 10:22
Danimarkada İncil və Quranı yandıranların cəzalandırılmasını nəzərdə tutan qanun ləğv olunub

Bakı. 5 iyun. REPORT.AZ/ Danimarka parlamenti dini müqəddəslər və ehkamların tənqid edilməsini yasaqlayan qanunu ləğv edib və bundan sonra ölkədə İncil və Quranı yandıranlar məsuliyyətə cəlb olunmayacaqlar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu qanun 1683-cü ildə qəbul edilib.

İnformasiyaya əsasən, krallığın parlament üzvləri dinin bu və ya başqa aşkar fikirlərdən müdafiəsi üçün xüsusi qanunun mövcudluğuna ehtiyac olmadığını bildiriblər.

Bildirilib ki, Danimarka Skandinaviya ölkələri arasında dini müqəddəslər və ehkamların tənqid edilməsini yasaqlayan qanunun qaldığı yeganə dövlət idi. Bu əməli törədənlər ya 4 ay azadlıqdan məhrum edilir, ya da pulla cəzalandırılırdı.

“Din nəyə icazə verildiyini və ya nəyin qadağan olunduğuna hökm etməməlidir. Bu cəmiyyətdə ədalətsizliyə yol açır”, - deyə qanun ləğvini təklif edən deputat Bruno Cepar vurğulayıb. 

Məlumata görə, 2015-ci ildə Quranın yandırılmasının video-çarxını "Facebook" sosial şəbəkəsində paylaşdığı üçün ittiham olunan danimarkalı barəsində məhkəmə prosesi dayandırılıb. Onun məhkəməsi bu həftə davam etdirilməliydi. 

Son xəbərlər

Orphus sistemi