Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək

Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək Artıq ölkənin iki böyük bələdiyyəsi hicablı işsizlərin müavinətlərini kəsib
Digər ölkələr
22 mart 2017 11:58
Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
Report.az

Bakı. 22 mart. REPORT.AZ/ Danimarkada baş örtüyünü çıxarmayan qadınlar işsizlərə verilən müavinətdən məhrum ediləcəklər.

"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, yeni qərara əsasən hicabını çıxarmamaq üçün dövlətin təklif etdiyi işlərdə çalışmaq istəməyən işsizlərə müavinət verilməyəcək.

Artıq Danimarkanın ən böyük bələdiyyələrindən ikisi təklif olunan iş yerlərində baş örtüklərinin istifadə edilməməsi istəyinə qarşı çıxan və bu səbəbdən işi qəbul etməyən hicablı işsizlərin müavinətlərini kəsib.

Danimarkanın əmək qanunvericiliyinə görə, işsiz danimarkalılar işverən qurumların təklif etdiyi işlərin onlara uyğun olub-olmadığını müzakirə etmədən qəbul etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi