Danimarka ordusunu Malidən çıxaracaq

Danimarka ordusunu Malidən çıxaracaq Danimarka hökuməti Malidə hakimiyyətdə olan hərbçilərin tələbindən sonra qoşunlarını bu ölkənin Mali ərazisindən çıxarmaq qərarına gəlib.
Digər ölkələr
28 Yanvar , 2022 04:57
Danimarka ordusunu Malidən çıxaracaq

Danimarka hökuməti Malidə hakimiyyətdə olan hərbçilərin tələbindən sonra qoşunlarını bu ölkənin ərazisindən çıxarmaq qərarına gəlib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Yeppe Kofod bildirib.

"Hakimiyyətdə olan hərbçilər Danimarkanın Malidə daha xoş qarşılanmadığını təsdiqləyən açıq bir mesaj göndərdi", - deyə nazir Avropa mediasından sitat gətirib.

“Biz ordumuzu geri çəkmək qərarına gəldik”, - nazir əlavə edib.

Avropa mediası bildirib ki, söhbət 100-ə yaxın əsgərdən gedir.

Son xəbərlər

Orphus sistemi