Danimarka Kraliça II Marqretin hakimiyyətinin 50-ci ildönümünü qeyd edir

Danimarka Kraliça II Marqretin hakimiyyətinin 50-ci ildönümünü qeyd edir Danimarka Kraliça II Marqretin hakimiyyətinin 50 illiyini qeyd edir.
Digər ölkələr
15 Yanvar , 2022 03:34
Danimarka Kraliça II Marqretin hakimiyyətinin 50-ci ildönümünü qeyd edir
Kraliça II Marqret

Danimarka Kraliça II Marqretin hakimiyyətinin 50 illiyini qeyd edir.

"Report" xəbər verir ki, bu barədə "Copnhagen Post" məlumat yayıb.

II Marqret 1972-ci il yanvarın ortalarında atası Kral IX Frederikin ölümündən sonra Danimarkanın kral taxtına sahib olub. Baş nazir Yens Otto Kraq yeni monarxın hakimiyyətə gəlməsini Amalienborq kral sarayının eyvanından elan edib. Həmin vaxt artıq formalaşmış ənənəyə görə, tacqoyma mərasimi keçirilmirdi.

Nəşr qeyd edib ki, II Marqretin əsas hobbiləri arxeologiya, incəsənət və modadır.

Epidemioloji vəziyyətin pis olması səbəbindən bayram tədbirləri sentyabr ayına təxirə salınıb. Krallığın 50-ci ildönümü günü kraliça sadəcə olaraq parlamentin bu hadisə ilə bağlı keçirilən iclasında iştirak edəcək, həmçinin valideynlərinin məzarı üzərinə əklil qoyacaq.

Son xəbərlər

Orphus sistemi