Danimarka koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edib

Danimarka koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edib Danimarkada COVID-19 ilə mübarizədə və yeni koronavirus ştamının sürətlə yayılması ilə əlaqədar yeni, daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.
Digər ölkələr
17 Dekabr , 2021 23:05
Danimarka koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edib

Danimarkada COVID-19 ilə mübarizədə və yeni koronavirus ştamının sürətlə yayılması ilə əlaqədar yeni, daha sərt məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir Mette Frederiksen mətbuat konfransında bildirib.

Yeni qərara görə, idman zalları, kazinolar, əyləncə parkları, konfrans otaqları, kinoteatrlar, rəsm qalereyaları bağlanacaq. Məhdudiyyətlərin təsirinə məruz qalan müəssisələr maliyyə kompensasiyası alacaqlar.

Restoranlar saat 23:00-dan 05:00-a kimi bağlı olacaq, 22:00-dan 05:00-dək spirtli içkilərin satışı qadağandır. İctimai nəqliyyatda uzaq məsafəli səfərlər üçün COVID-19 pasportu tələbi qoyulur. Hökumət əhalidən sosial təmasları məhdudlaşdırmağı və peyvəndin gücləndirici dozası ilə peyvənd olunmalarıını xahiş edir.

Son 24 saat ərzində ölkədə 11 194 koronavirus infeksiyası hadisəsi qeydə alınıb, 500-dən çox insan xəstəxanaya yerləşdirilib, hər beşinci infeksiyaya "omikron" ştamı düşür.

Son xəbərlər

Orphus sistemi