Danimarka COVID-19-a yoluxma səviyyəsinə görə dünyada birinci olub

Danimarka COVID-19-a yoluxma səviyyəsinə görə dünyada birinci olub Danimarka dünyada COVID-19-a ən çox yoluxma halına malikdir, ölkədə hər 100 000 nəfərə orta hesabla 1,612 yoluxma halı düşür.
Digər ölkələr
29 dekabr 2021 01:04
Danimarka COVID-19-a yoluxma səviyyəsinə görə dünyada birinci olub

Danimarka dünyada COVID-19-a ən çox yoluxma halına malikdir, ölkədə hər 100 000 nəfərə orta hesabla 1,612 yoluxma halı düşür.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Danimarka Səhiyyə Nazirliyi təxminən 5,85 milyon əhalisi olan ölkədə ilk dəfə olaraq COVID-19-a gün ərzində 15 mindən çox - 16 164 yoluxma qeydə alıb.

“The Guardian” xatırladır ki, ötən həftə Danimarkada koronavirusun “omikron” ştamı üstünlük təşkil edib.

Statistik məlumata görə, bu günə qədər Danimarkada pandemiyanın başlanğıcından bəri 727 mindən çox insan COVID-19-a yoluxub, 3,2 mindən çox insan koronavirusdan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi