Daniel Orteqa üçüncü dəfə Nikaraqua prezidenti seçilib

Daniel Orteqa üçüncü dəfə Nikaraqua prezidenti seçilib O, 2007-ci ildən ölkəyə rəhbərlik edir
Digər ölkələr
8 Noyabr , 2016 05:48
Daniel Orteqa üçüncü dəfə Nikaraqua prezidenti seçilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Nikaraquanın hazırkı prezidenti, Sandinist Milli Azadlıq Cəbhəsini təmsil edən Daniel Orteqa dövlət başçısı seçkilərində inamlı qələbə qazanıb. Səslərin 99,8%-nin hesablanmasından sonra seçicilərin 72,5%-i onu dəstəkləyib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Ali Seçki Şurasının məlumatında bildirilir.

Onun ən yaxın izləyicisi Maksimino Rodriqes (Liberal-Konstitusiya Partiyası) səslərin yalnız 15%-ni toplaya bilib.

ABŞ bazar günü keçirilən seçkilərin qanuniliyinə şübhə ilə yanaşdığını ifadə edib. Ölkə müxalifəti seçkiləri məzhəkə adlandırıb və nəticələri tanımadığını bəyan edib.

Orteqa 2007-ci ildən ölkəyə rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi