Bakı. 8 iyul. REPORT.AZ/ Dallasda dörd polisin qətlə yetirilməsində şübhəli bilinən iki şübhəli şəxs həbs edilib.
"Report" xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.
Məlumatda bildirilib ki, şübhəlilərdən biri özü təslim olub, digərini isə atışmadan sonra həbs etmək mümkün olub. İkinci şübhəlinin saxlandığı yerin yaxınlığında şübhəli bağlama da tapılıb. İndi onun partlayıcı olub-olmadığı yoxlanılır.
Xatırladaq ki, iki nəfər Dallasda polis zorakılığına qarşı keçirilən nümayişlər zamanı asayişi qoruyan polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində dörd polis ölüb, 11-i yaralanıb.