Dallasda polislərə atəş açan şəxs hücumu bir neçə ay əvvəl planlaşdırıb

Dallasda polislərə atəş açan şəxs hücumu bir neçə ay əvvəl planlaşdırıb Detektivlər şübhəli şəxsin evində axtarış zamanı bomba hazırlanması üçün materiallar, zirehli gödəkcələr, tüfənglər aşkarlayıb
Digər ölkələr
11 İyul , 2016 14:27
Dallasda polislərə atəş açan şəxs hücumu bir neçə ay əvvəl planlaşdırıb

Bakı. 11 iyul. REPORT.AZ/ Dallasda polislərə atəş açan Mika Conson hücumu bir neçə ay əvvəldən planlaşdırıb və döyüş aparılması taktikasını işləyib hazırlayıb.

"Report" "FOX News"a istinadən xəbər verir ki, bu barədə Dallas dairə hakimi Kley Cenkins məlumat verib.

"O, etiraz nümayişinə çox sayda polis əməkdaşının toplaşacağını bilirdi və atəş açmaq üçün bu imkandan istifadə edib", - deyə hakim bildirib.

Xatırladaq ki, Dallasda cümə gününə keçən gecə şəhəri bürüyən etiraz nümayişləri zamanı 25 yaşlı qaradərili müharibə veteranı (2014-cü ildə Əfqanıstandan geri göndərilib - red.) Mika Conson polislərə atəş açıb. Nəticədə hüquq-mühafizə orqanlarının 5 əməkdaşı həyatını itirib, bir neçə nəfər də yaralanıb.

Son xəbərlər

Orphus sistemi