Dallas polis rəisi: "Saxlanılan şəxs şəhərin mərkəzində bomba quraşdırdığını bildirib"

Dallas polis rəisi: "Saxlanılan şəxs şəhərin mərkəzində bomba quraşdırdığını bildirib" Şəhər üzərində uçuşlar qadağan edilib
Digər ölkələr
8 İyul , 2016 10:35
Dallas polis rəisi: Saxlanılan şəxs şəhərin mərkəzində bomba quraşdırdığını bildirib

Bakı. 8 iyul. REPORT.AZ/ Dallasda baş verən atışmadan sonra saxlanılan şəxs şəhərin mərkəzində bomba quraşdırdığını bildirib.

"Report" CNN-ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Dallas polis rəisi Devid Braun məlumat verib.

Onun sözlərinə görə, saxlanılan şəxs həmçinin daha çox polis əməkdaşının xəsarət alacağını söyləyib.

Dallas polis rəisi şəhərdə meydana gələn atışmada azı 4 nəfərin əli olduğunu bildirib.

Daha əvvəl hadisə ilə əlaqədar ABŞ hökuməti Dallas üzərində uçuşları müvəqqəti olaraq dayandırmışdı.

Xatırladaq ki, iki nəfər Dallasda polis zorakılığına qarşı keçirilən nümayişlər zamanı asayişi qoruyan polis əməkdaşlarına atəş açıb. Hadisə nəticəsində dörd polis ölüb, 11-i yaralanıb.

Son xəbərlər

Orphus sistemi