​Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirilib

​Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirilib Həkimlər onun səhhətində ciddi problemin olmadığını bildiriblər
Digər ölkələr
21 Yanvar , 2016 09:44
​Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Tibetin dini lideri XIV Dalay-Lama ABŞ-da xəstəxanaya yerləşdirilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda onun müalicə olunduğu klinika açıqlama yayıb.

Məlumata görə, həkimlər 80 yaşlı Dalay-Lamanın səhhətində ciddi problemin olmadığını bildiriblər: "Onun müalicəsi müsbət nəticə verir və tamamilə sağalacaq".

İnformasiyaya əsasən, Dalay-Lama prostatdakı problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlər bu yaşda kişilər üçün bunun adi hal olduğunu da vurğulayıblar.

Qeyd edək ki, ötən ilin sentyabrında XIV Dalay-Lama sağlıq durumu ilə bağlı bir sıra beynəlxalq görüşləri təxirə salmağa məcbur olmuşdu. Həkimlər ona daha çox dincəlməyi tövsiyə etmişdilər.

XIV Dalay-Lama Çinin tərkibində olan Tibetin müstəqilliyi uğrunda mübarizənin də lideri sayılır.

Son xəbərlər

Orphus sistemi