Tibetin dini lideri XIV Dalay-Lama Hindistanda xəstəxanaya yerləşdirilib.
"Report" "NDTV" kanalına istinadən xəbər verir ki, bu haqda onun şəxsi katibi açıqlama yayıb.
Məlumata görə, 83 yaşlı Dalay-Lama Dehlidə şəxsi iqamətgahında istirahət edən zaman özünü pis hiss edib. Onu dərhal xəstəxanaya aparıblar. Müayinədən sonra ona ağ ciyər infeksiyası diaqnozu qoyulub. Qeyd olunub ki, o, xəstəxanada bir neçə gün keçirəcək.
Qeyd edək ki, XIV Dalay-Lama Çinin tərkibində olan Tibetin müstəqilliyi uğrunda mübarizənin də lideri sayılır.