Yuxarı

DAK "Rosaviasiya"nı "Boeing 737"nin qüsurlarını gizlətməkdə ittiham edib

Boeing 737 ailəsinə aid təyyarələrdə 20 milyondan çox insanın uzun müddət çox ciddi risk altında olması böyük narahatlıq yaradır

Bakı. 6 noyabr. REPORT.AZ/ "Rosaviasiya" uzun müddət "Boeing 737" təyyarələrinin ciddi qüsurlarından xəbərdar olsa da, aviaşirkətləri və Rusiyanın nəzarət orqanlarını məlumatlandırmayıb. "Report" TASS-a istinadən xəbr verir ki, bu barədə Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) bəyanatında deyilir.

"Boeing 737" ailəsinə aid təyyarələrdə 20 milyondan çox insanın uzun müddət çox ciddi risk altında olması böyük narahatlıq yaradır", - məlumatda qeyd edilir.

Qeyd edək ki, noyabrın 5-də DAK Rusiya aviadaşıyıcıları tərəfindən istifadə olunan "Boeing 737" tipli təyyarələrin sertifikatını geri almışdı. "Boeing"in Classic və NG modifikasiyası istifadəyə yararsız sayılıb. Sertifikatın ləğvinə isə idarəetmə sisteminin köhnə olması və yenilənməsinin zəruriliyi səbəb olub. Artıq DAK məsələ ilə bağlı "Boeing" şirkətinə də rəsmi məlumat verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi