Daha iki ölkədə koronavirus aşkarlandı

Daha iki ölkədə koronavirus aşkarlandı Nikaraquanın vitse-prezidenti Rosario Murilo ölkə vətəndaşının koronavirus testinin müsbət nəticəsi haqqında bildirib.
Digər ölkələr
1316
19 Mart , 2020 08:09
Daha iki ölkədə koronavirus aşkarlandı

Nikaraquanın vitse-prezidenti Rosario Murilo ölkə vətəndaşının koronavirus testinin müsbət nəticəsi haqqında bildirib.

“Report” xəbər verir ki, bu barədə “Prensa” məlumat yayıb.

Qeyd edilir ki, həmin şəxs martın 15-də Panamadan qayıdıb.

"Kişi koronavirusa Panamada yoluxub. O, qayıtdı və xəstəliyin əlamətlərini hiss etdi. Həmin şəxs tibbi yoxlamadan keçib və indi müalicə olunur", - rəsmi KİV-lə telefon konfransının gedişatında Murilo bildirib.

Bununla yanaşı, Salvador ərazisində də koronavirusa ilk yoluxma qeydə alınıb. Bu barədə isə dövlət televiziyasının efirində ölkə prezidenti Nayib Bukele bildirib.

"Həkimlərimiz tərəfindən aparılan analizlərdən birinin nəticəsi müsbət oldu. Rəsmən Salvadorda koronavirusa yoluxmuş şəxs var", - dövlət başçısı bildirib. Onun sözlərinə görə, yerli sakin bir neçə gün əvvəl İtaliyadan səfərdən qayıdıb.

Son xəbərlər

Orphus sistemi