Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırıb

Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırıb Avropa Peyk Meteorologiya Təşkilatı (EUMETSAT) Rusiya ilə əməkdaşlığı dayandırıb.
Digər ölkələr
23 Mart , 2022 07:14
Daha bir təşkilat Rusiya ilə əməkdaşlığı dayandırıb

Avropa Peyk Meteorologiya Təşkilatı (EUMETSAT) Rusiya ilə əməkdaşlığı dayandırıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, təşkilata üzv ölkələrin xüsusi şurası Rusiya ilə ikitərəfli əməkdaşlıq sazişini, o cümlədən bütün məlumat mübadiləsini və kadr hazırlığını dayandırmaq qərarına gəlib.

EUMETSAT - Darmştadtda yerləşən hökumətlərarası təşkilatdır. O, peyklərin buraxılması və istismarı, peyk məlumatlarının son istifadəçilərə çatdırılması və operativ iqlim monitorinqinin asanlaşdırılması üçün məsuliyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi