ABŞ-da daha bir Respublikaçı senator namizədliyini irəli sürüb

ABŞ-da daha bir Respublikaçı senator namizədliyini irəli sürüb Digər üç respublikaçı senator - Floridadan Marko Rubio, Texasdan Ted Kruz və Kentukidən Rand Pol da namizədliklərini açıqlayıblar
Digər ölkələr
18 May , 2015 22:58
ABŞ-da daha bir Respublikaçı senator namizədliyini irəli sürüb

Bakı. 18 May. REPORT.AZ/ ABŞ-da başqa bir respublikaçı senator Lindsey Qraham 2016-cı il prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlayıb.

"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, prezident Barak Obamanın Yaxın Şərq münaqişəsinə və İslam Dövləti yaraqlılarının genişlənməsinə dair siyasətinin sərt tənqidçisi olan L.Qraham partiyadan nominasiya əldə etməyə çalışan respublikaçı namizədlər sırasına qoşulub. Digər üç respublikaçı senator - Floridadan Marko Rubio, Texasdan Ted Kruz və Kentukidən Rand Pol da namizədliklərini açıqlayıblar.

Qraham deyib ki, əvvəlcə namizədliyi irəli sürdüyünü rəsmən iyun ayının 1-də öz ştatında elan etməyini planlaşdırsa da, daha tez açıqlamağının

səbəbini belə izah edib: "Namizədliyimi irəli sürürəm, çünki məncə dünya dağılır. Mən xarici siyasətdə fikirlərimin böyük əksəriyyəti düzgün olub".

Son xəbərlər

Orphus sistemi