Daha bir ölkənin prezidenti koronavirusa yoluxdu

Daha bir ölkənin prezidenti koronavirusa yoluxdu Qvatemala prezidenti Alehandro Cammattei koronavirusa yoluxub.
Digər ölkələr
19 Sentyabr , 2020 01:46
Daha bir ölkənin prezidenti koronavirusa yoluxdu
Alehandro Cammattei

Qvatemala prezidenti Alehandro Cammattei koronavirusa yoluxub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli radiostansiyalardan birinin efirində dövlət başçısının bəyanatına istinadən "Republica" qəzeti bildirib.

"Biz xalqa müraciətlə çıxış edəcəyik, çünki bir gün əvvəl verdiyim testin (koronavirus-red) nəticəsi  müsbət oldu", - nəşr prezidentin sözünün sitat gətirib.

Cammattei bildirib ki, Qvatemala hökumətinin üzvləri koronavirus yoxlamasından keçiriləcəklər.

"Təkid etdim ki, hökumətin bir həftə ərzində mənimlə əlaqədə olmuş bütün üzvləri testlər versin ki, biz yeni yoluxmaların yoxluğunda əmin olaq”, - o bildirib: “Bundan sonra onların indiki rejimdə işləməyə davam etməli olacaqlarına və ya öz vəzifələrini distant icra etməli olacaqlarına qərar verəcəyik".

Cammattei əlavə edib ki, pandemiyanın başlanğıcından altıncı dəfə koronavirus testi verib.

Xatırladaq ki, daha əvvəl Braziliya, Honduras, Boliviya prezidentləri koronavirusa yoluxub.

Son xəbərlər

Orphus sistemi