Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı Antiqua və Barbuda ada dövlətində koronavirusa yoluxmuş şəxs ölüb.
Digər ölkələr
8 Aprel , 2020 09:42
Daha bir ölkədə koronavirusdan ilk ölüm qeydə alındı

Antiqua və Barbuda ada dövlətində koronavirusa yoluxmuş şəxs ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkə hökuməti açıqlayıb.

Adada indiyədək 19 nəfərdə koronavirus aşkarlanıb.

Qeyd edək ki, 96 mindən çox əhalisi olan ölkə Karib dənizində yerləşir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 431 000-i ötüb. Bunların 302 209 nəfəri sağalıb, 82 096 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi