Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alındı

Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alındı Yaxın Şərq ölkəsi olan Livanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.
Digər ölkələr
10 mart 2020 10:22
Daha bir ölkədə koronavirusdan ilk ölüm faktı qeydə alındı
cnbc

Yaxın Şərq ölkəsi olan Livanda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

“Report” AFP-yə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Ölən şəxsin 56 yaşlı kişi olduğu bildirilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 571 çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 030 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi