Belçikada koronavirusdan ilk ölüm qeydə alındı

Belçikada koronavirusdan ilk ölüm qeydə alındı Qərbi Avropanın daha bir ölkəsində - Belçikada koronavirusdan ölüm faktı qeydə alınıb.
Digər ölkələr
11 Mart , 2020 13:45
Belçikada koronavirusdan ilk ölüm qeydə alındı

Qərbi Avropanın daha bir ölkəsində - Belçikada koronavirusdan ölüm faktı qeydə alınıb.

“Report” “Belga” agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölən şəxsin 90 yaşı olub.

Belçikada indiyədək koronavirusa 267 yoluxma faktı aşkarlanıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 120 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 389-a çatıb. Bunların 66 583 nəfəri sağalıb, 4 301 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi