Bakı. 13 yanvar. REPORT.AZ/ ABŞ hakimiyyəti Quantanamo hərbi həbsxanasından daha 10 məhkumu köçürmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə Pentaqon nümayəndələrinə istinadən "Fox News" məlumat yayıb.
Qeyd olunur ki, hazırda həbsxanada 103 dustaq var. Yəni hazırkı qərar həbsdə olanların sayını təqribən 10 faiz azaldacaq.