Yuxarı

Dağıstanda iki yaraqlı öldürülüb

Hadisə Dağıstanın Qızılyurd rayonunda baş verib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Dağıstanın Qızılyurd rayonunun Stalskoe kəndində minik avtomobilindən federal təhlükəsizlik əməkdaşlarına atəş açan gizli quldur dəstəsinin iki üzvü öldürülüb.

"Report" xəbər verir ki, bu barədə bölgənin güc strukturlarına istinadən "İnterfax" məlumat yayıb.

Hadisə ötən gün axşam saatlarında baş verib. Hüquq-mühafizə orqanları əməkdaşları minik maşınını saxlamağa cəhd ediblər. Sürücü asayiş keşikçilərinin tələbinə tabe olmayıb və maşından polislərə atəş açılıb. Baş verən atışma zamanı avtomobildə olan hər iki şəxs zərərsizləşdirilib.

Yaraqlıların şəxsiyyəti müəyyənləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi