​Dağıstanda "donuz qripi"ndən biri uşaq olmaqla, 5 nəfər dünyasını dəyişib

​Dağıstanda "donuz qripi"ndən biri uşaq olmaqla, 5 nəfər dünyasını dəyişib Dekabrın 1-dən Dağıstanda 68 laborator təsdiqini tapmış "donuz qripi" virusuna yoluxma faktı qeydə alınıb
Digər ölkələr
18 Yanvar , 2016 20:52
​Dağıstanda donuz qripindən biri uşaq olmaqla, 5 nəfər dünyasını dəyişib

Bakı. 18 yanvar. REPORT.AZ/ Dağıstanda pnevmaniyadan vəfat etmiş 5 nəfərdə "donuz qripi" - A qrupu virusu (H1N1) aşkar edilib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zarina Aqmadova xəbər verib.

"Respublikada pnevmaniyadan vəfat etmiş 5 nəfərdə H1N1 virusu aşkarlanıb. Onlardan biri uşaqdir. Dekabrın 1-dən Dağıstanda 68 laborator təsdiqini tapmış "donuz qripi" virusuna yoluxma faktı qeydə alınıb. Pasiyentlər intensiv müalicə kursu keçir. Gündəlik monitorinqlərin nəticələri Dağıstan Səhiyyə Nazirliyinin xüsusi qərargahında müzakirə edilir", - deyə Zarina Aqmadova qeyd edib.  

Son xəbərlər

Orphus sistemi