Dağıstan hökuməti istefaya göndərilib

Dağıstan hökuməti istefaya göndərilib Hökumətə yeni tərkib formalaşdırılanadək öz fəaliyyətini davam etdirmək göstərişi verilib
Digər ölkələr
5 Fevral , 2018 23:28
Dağıstan hökuməti istefaya göndərilib

Bakı. 5 fevral. REPORT.AZ/ Dağıstanın başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev respublika hökumətini istefaya göndərib.

“Report” xəbər verir ki, hökumət sədri səlahiyyətlərinin müvəqqəti icrası Anatoli Şamsutdinoviç Qəribova həvalə edilib.

Hökumətə yeni tərkib formalaşdırılanadək öz fəaliyyətini davam etdirmək göstərişi verilib. Fərman imzalandığı gündən qüvvəyə minib.

Bundan əvvəl Dağıstanın baş naziri vəzifəsini müvəqqəti icra edən Abdusamad Həmidovun evində aparılan axtarış zamanı qızıl TT tapançası, "Beretta" tapançası və iki "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi