​Dünyanın ən təhlükəli ölkələri müəyyənləşib

​Dünyanın ən təhlükəli ölkələri müəyyənləşib Bu dövlətlərdə nüvə silahı, QİÇS, ətraf mühitin çirklənməsi və xəstəliklər, bərabərsizlik, dini və etnik nifrət amilləri təhlükəli həddədir
Digər ölkələr
501
20 Oktyabr , 2014 16:59
​Dünyanın ən təhlükəli ölkələri müəyyənləşib

Bakı. 20 oktyabr. REPORT.AZ/ ABŞ-ın "Pew" Tədqiqat Mərkəzi dünyanın ən təhlükəli ölkələrin siyahısını hazırlayıb. "Report"un məlumatına görə, Mərkəz 5 əsas kateqoriya üzrə bu hesabatı hazırladığını açıqlayıb. Bu, nüvə təhlükəsi, QİÇS, ətraf mühitin çirklənməsi və digər xəstəliklər, bərabərsizlik, dini və etnik nifrət kateqoriyalarıdır.

Tədqiqata görə, ən təhlükəli dini və etnik problemləri olan ölkə Livan hesab edilir. Belə ki, bu ölkədə əhalinin bir hissəsi şiə və sünni müsəlmanları, digər hissəsi isə xristianlar və yəhudilərdir. Livanda etnik və dini münaqişənin olmaq ehtimalı 58%-ə bərabərdir. "Hizbullah" və "Jabhat-al-Nusra" təşkilatları arasında gedən qızğın döyüşlər bu ölkəyə müharibə gətirib. Misir, İsrail, Fələstin və Tunis də Livanın bu bəlasını bölüşüb.

Qərb ölkələrində isə sosial bərabərsizlik ən böyük təhlükə hesab edilir. Belə ki, bir tərəfdə varlı şəxslər, digər tərəfdə isə həddən artıq aşağı səviyyədə yaşayan insanların olduğu ölkələrdə bu, "uçurum" adlandırılır. Həmin ölkələrin başında isə İspaniya durur ki, bu dövlətdə bərabərsizlik təhlükəsi 54%-dir.

Ukrayna, Rusiya, Yaponiya, Türkiyə və Pakistanın adı isə nüvə təhlükəsi olan ölkələr sırasında hallanır. Nüvə silahına malik olan ölkələr sırasına ABŞ, Böyük Britaniya, Çin, Hindistan, Fransa, Şimali Koreya da daxildir. Bütövlükdə bu dövlətlərin 17 mindən artıq nüvə başlığı var.

Afrika ölkələri isə QİÇS təhlükəsi olan ölkələr kateqoriyasına aiddir.

Son xəbərlər

Orphus sistemi